Sərhədi pozan Ermənistan vətəndaşı ilə bağlı detallar üzə çıxdı
Azərbaycan sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Raşid Aramis Begleryanla bağlı bəzi detallar üzə çıxıb.
O, “Laçın” keçid məntəqəsindən yan keçərək, sərhədi adlamağa cəhd edib.
Məlumata görə, Begleryan guya ki, “Spayka” humanitar yük daşıma şirkətinin sürücüsünün köməkçisidir. Lakin onun təxribatlar törətmək və ya belə əməllərə zəmin hazırlamaq məqsədilə Azərbaycan ərazisinə göndərilmiş Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu deməyə əsas var. \\Caliber
Tarix: 01 avqust 2023
Baxış: 194
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş