Xəbər lenti
Reklam
Bir sıra müəssisələr cəzalandırıldı - Siyahı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba rayonunun Qəçrəş kəndindəki “Aynur” istirahət mərkəzinin, Xudat şəhərində yerləşən "Gold" və "Eko" marketlərin, Füzuli rayonu, Mahmudlu-2 kəndindəki
Real” marketin, Sabunçu rayonu, Pirşağı qəsəbəsinin Xəzər sahili zolağında fəaliyyət göstərən "Həyat" istirahət mərkəzinin, İmişli rayonu, Xubyarlı kəndində "Mirislam" MMC-yə məxsus qum-çınqıl karxanasının və həmin kənddə yerləşən avtomobil təmiri sexinin fəaliyyəti zamanı formalaşan istehsalat və məişət tullantılarının qalaqlanaraq yandırılması faktları müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı akt, protokol tərtib olunub, “Aynur” istirahət mərkəzinin iş icraçısı İlqar Dadaşov, "Gold" marketin sahibi Nazir Əliverdiyev, "Eko" marketin sahibi Məhəmməd Aydəmirov, “Real” marketin nümayəndəsi Asif Atazadə, "Həyat" istirahət mərkəzinin sahibi İsgəndər Sadıxov, “Mirislam" MMC-nin rəhbəri Rabil İsayev və avtomobil təmiri sexinin sahibi İldırım Verdiyev barəsində qanunamüvafiq tədbirlər görülüb. \\APA

Tarix: 27 iyul 2023
Baxış: 232

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş