Xəbər lenti
Reklam
Qarabağ qazisi Astara məktəbində görüş keçirdi – VİDEO

Qarabağ qazisi, Çeçenistanın milli qəhrəmanı Arif Məhərrəmov Astarada təhsil müəssəsində qonaq olub. Əvvəlcə tədbir iştirakçıları məktəbin həyətindəki şəhid abidəsinin qarşısına gül qoyub, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Arif Məhərrəmov şagirdlərə Vətən müharibəsi, Zəfər tariximiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və sarsılmaz iradəsi, rəşadətli Ordumuzun dünya hərb tarixinə yazdığı hərbi strategiya, həmçinin igid oğullarımız, şəhidlərimiz haqqında məlumat verilib.
Görüşdə dövlət başçısına şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıq edilib.
Şəhid dostlarını hörmətlə xatırlayan qazimiz tədbir boyunca məktəblilərin və digər iştirakçıların suallarını cavablandırıb.


Tarix: 27 iyul 2023
Baxış: 276

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş