Xəbər lenti
Reklam
Fransa Makronun həyat yoldaşını saxlamaq üçün nə qədər pul xərcləyir? - ŞOK RƏQƏMLƏR

Fransa Hesablama Məhkəməsi Fransanın birinci xanımı Bricit Makronun yaşam xərclərinə dair məlumatları dərc edib.
Sözügedən xərclər 2022-ci ildə təxminən 315 min avro təşkil edib. Bu da prezident aparatının büdcəsinin 0,28%-ni təşkil edir. 2021-ci ildə Bricit Makronun ehtiyaclarına təxminən 293 min avro xərclənib.
Lakin bu məbləğə Bricit Makronun geyimləri, eləcə də vizajistlərin və bərbərlərin xidmətləri daxil deyil. Qeyd olunur ki, moda evləri çox vaxt birinci xanımın geyimlərini pulsuz təqdim edirlər. Məsələn, Louis Vuitton brendi 2017-ci il prezidentlik kampaniyasının əvvəlindən Bricit Makronu geyimlərlə təmin edib.
Bricit Makronun səyahətləri əsas xərclər sırasındadır. 2022-ci ildə o, 30 rəsmi səfər edib: 14-ü Fransa prezidenti Emmanuel Makronu müşayiət etməklə xaricə və 16-sı paytaxt ərazisinə müstəqil səfərlər…
Makronun həyat yoldaşının dörd köməkçisi var ki, onların da maaşı birinci xanımın saxlanması xərclərinə daxildir.
Qeyd olunur ki, Bricit Makron prezidentlə bir sıra xərcləri, o cümlədən Prezident Təhlükəsizlik Qrupu tərəfindən mühafizəni bölüşür. \\Konkret.Az

Tarix: 18 iyul 2023
Baxış: 141

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş