Xəbər lenti
Reklam
"Türkiyə Qarabağda rus qoşunlarını məhv edəcək" - Rusiyalı ekspertdən ilginc MÜHARİBƏ PROQNOZU

“Gec-tez Rusiya Türkiyə ilə birbaşa hərbi toqquşmaya girməli olacaq”.
Bu fikirləri Rusiyanın hərbi, dövlət və siyasi xadimi, publisist  İqor İvanoviç Strelkov – Qirkin Telegram kanalında yazıb.
O bidirib ki, döyüşlər Suriyada, Transqafqazda və Qara dənizdə aparılacaq. Ukrayna və Krımda ordumuza qarşı aparılan əməliyyatlarda türk hərbçilərinin böyük kontingentinin birbaşa iştirakı istisna edilmir.
“Birinci mərhələ Bosfor və Çanaqqalanın donanmamız üçün bağlanması və Suriyaya əlavə qüvvələr çatdıran təchizat gəmiləri olacaq. Bundan sonra Suriyada növbəti addımlar atılacaq. Belə ki, sursat və təchizatın tükənməsini gözlədikdən sonra Türkiyə qoşunları Suriyanın şimalında ekspedisiya gücümüzü və Suriya qoşunlarını tam məğlubiyyətə uğratmağa çalışacaq. Təchizatdan və əlavə qüvvələrdən kəsilmiş ekspedisiya korpusumuzun türk ordusunu məğlub etmək imkanı olmayacaq”, – deyə Strelkov bildirib.
Hərbi ekspert həmçinin Qarabağdakı Rusiya sülhməramlılarını da yaxşı sonluq gözləmədiyini deyib:
“Qarabağ və Ermənistandakı sülhməramlı kontingentimizin taleyi də eyni dərəcədə qibtəedilməzdir ki, onlar ermənilər tərəfindən darmadağın ediləcək  və ya sadəcə Türkiyə-Azərbaycan koalisiyası tərəfindən məhv edilərək əsir götürüləcək”, – deyə Strelkov fikrini yekunlaşdırıb. \\KONKRET.az

Tarix: 17 iyul 2023
Baxış: 136

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş