Xəbər lenti
Reklam
“McDonalds”ın “od qiyməti”nə “Şaurma”sı etiraz doğurdu: – “Özünüzü “Elşadın qırğın dönəri” kimi aparırsınız”

“McDonalds” restoranlar şəbəkəsinin menyusuna “xüsusi yenilik” adı ilə 5,75 AZN-ə daxil etdiyi “Şaurma Roll” sosial şəbəkələrdə tənqidlə qarşılanıb.
Gender.az Pravda.az-a istinadla xəbər verir ki, vətəndaşlar şaurmanın qiymətinin baha olmasına etiraz ediblər.
“McDonalds”la bağlı yazılan şərhlərdən bir neçəsini təqdim edirik:
“100% 7-10 manata, iki dişləmlik oyuncaq olacaq”, “2 manatlıq şaurma nə zaman 5.75 AZN-ə oldu?”, “Bunun illər sonrasını təsəvvür etmək olmur…”, “McDonalds”da bir doyumlu yemək olmur, amma hamısı od qiymətinədir”…
Restoranın menyusuna şaurma əlavə etməsinin sağlam rəqabət olmadığını deyənlər də az deyil: “Sağlam rəqabət strategiyası deyil”, “Özünüzü “Elşadın qırğın dönəri” kimi aparırsınız”, “Xaş da verin…”
Restoranın keçmiş əməkdaşlarından biri isə etirazını belə bildirib: “Yaxşı ki daha sizinlə işləmirəm, yoxsa utancdan ölərdim…”

Tarix: 14 iyul 2023
Baxış: 147

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş