Xəbər lenti
Reklam
"Ermənistan Türkiyənin təsir zonasına daxil olur" - Erməni politoloq

“Rusiyanın vəziyyəti hazırda son dərəcə ciddidir və Türkiyə ilə qarşıdurma yaşamamaq üçün hər şeyi edəcək”.
Gender.Az xəbər verir ki, bunu “News.am”a müsahibəsində politoloq Stepan Danielyan deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazdakı münaqişədə, ilk növbədə İsrail və Böyük Britaniya olmaqla, maraqlı ölkələr var: “Əliyevin Ermənistanın baş naziri artıq vədlərini kağız üzərində qoymalıdır, bəyanatı təsadüfi deyil. İndi Ermənistanın baş naziri qərar verməlidir ki, o, Türkiyə-Azərbaycan koalisiyasına qoşulur, ya yox”.
Onun sözlərinə görə, Ermənistan bununla Türkiyənin təsir zonasına daxil olur və bu, hakimiyyətin mövcud siyasətinin nəticəsidir: “Ya Türkiyə və Azərbaycanın Qarabağda istədiyi baş tutacaq, ya da Ermənistan rəhbərliyi kursunu dəyişməli olacaq, ya da rəhbərlik dəyişəcək. Burada top artıq erməni xalqının və müxalifət partiyalarının meydanındadır. Əgər Rusiya-Türkiyə münasibətləri pisləşsə və Paşinyan hakimiyyətdə qalarsa, biz Türkiyənin təsir zonasına daxil olacağıq. Paşinyan dəyişərsə, deməli burada Türkiyənin təsir zonası olmaq mübahisəli olacaq”.\\Teleqraf

Tarix: 13 iyul 2023
Baxış: 179

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş