Xəbər lenti
Reklam
"Zaxarova Əliyevi müdafiə edir, Makron haqda kəskin ifadələr işlədir" - Ermənilər Rusiyanın mövqeyindən narahatdır

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin Azov milli batalyonunun komandirlərinin Türkiyədən Kiyevə köçürülməsi ilə bağlı məsələyə münasibəti Ermənistan mətbuatında gündəm olub.
Gender.Az xəbər verir ki, yerli media nümayəndələri Narışkinin fikirlərinə istinad edərək, Tükiyə və Azərbaycanla Rusiya arasında münasibətlərə xələl gətirən fikirlər irəli sürürlər.
“ArmenianReport” saytının müəllifi Razmik Akopjanyan yazır ki, türklərə yaltaqlanmaq siyasəti Rusiya ilə yanaşı onun müttəfiqləri üçün də böyük problemlərə çevrilə bilər:
“Rusiya Ermənistanın strateji müttəfiqidir. Onun ölkəmiz, xalqımız qarşısında bir sıra öhdəlikləri var. Tarixi və bir sıra müqavilələrlə müəyyən edilmiş öhdəliklər. Rusiya hərbi bazası Gümrüdə yerləşir. Rusiya sülhməramlıları Qarabağdadır. Ermənistan hələ də KTMT-nin bir hissəsidir. Onun dağılması təkcə ruslar və Rusiya Federasiyasının tərkibində olan regionlar üçün deyil, bizim üçün də acınacaqlı nəticələrə səbəb olacaq. Bu, bu əsrin ən böyük geosiyasi fəlakəti olacaq”, – deyə Akopjanyan qeyd edib.
O bildirib ki, Ukraynanın qələbəsi Azərbaycanın qələbəsi olacaq.
“Azərbaycan Ukraynaya yardım edir. Amma Rusiya rəsmi Bakının bütün bu hərəkətlərinə heç bir şəkildə sərt reaksiya vermir. Əksinə, biz tez-tez bədnam Mariya Zaxarovadan Fransa prezidenti Makron haqqında kəskin ifadələr eşidirik. Zaxarova Azərbaycan prezidenti İlham Əliyevi müdafiə edən çıxışlar edir. İndi də Türkiyənin açıq-aşkar kobudluğuna cavab olaraq Rusiyanın çox qeyri-müəyyən reaksiyasını görürük”, – deyə müəllif sərsəmləyib.
Akopjanyan xatırladıb ki, daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da eyni qeyri-müəyyən reaksiyanı verib.
“Həmçinin, Rusiya prezidenti Vladimir Putinin özü hələ də sərt qarşılıqlı addımlar atmayıb. Hətta ondan sərt açıqlama da gəlmədi. Amma Rusiyanın Türkiyə üzərində çoxlu təsir rıçaqları var! Turist axınının qarşısını almaqdan başlayaraq bütün türk şirkətlərinin Rusiya Federasiyasından qovulmasına qədər. Mən Qara dənizdə Türkiyə tərəfinə sərt və güclü hərbi cavabdan danışmıram! Amma Rusiya susur. Türkiyəyə qarşı heç bir təsir rıçaqlarından istifadə etmir”, – deyə Akopjanyan yazlb. \\KONKRET.az

Tarix: 12 iyul 2023
Baxış: 134

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş