Xəbər lenti
Reklam
Nazim Bəydəmirli bəzi şəxslərdən üzr istəməyə hazırdır - Vəkil

Həbsdə olan sabiq deputat Nazim Bəydəmirli bəzi şəxslərdən üzr istəməyə hazır olduğunu açıqlayıb. Bu barədə onun vəkili Aqil Layıc Turan agentiyinə açıqlamasında bildirib. 
Vəkil vurğulayıb ki, Bəydəmirli məhkəmədə bəzi mesajlar verib. 
İyulun 10-da həbsdə olan Nazim Bəydəmirliyinin barəsində həbs qətimkan tədbirindən apellyasiya şikayətinə baxılıb. Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və Bəydəmirlinin barəsində birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
"Dedi ki, onun ictimai çıxışları kimlərinsə xətrinə dəyibsə həmin adamlardan üzr istəməyə, hətta yazılı  üzr istəməyə hazırdır. Yox, əgər həbsinin səbəbi həmin payla (hansısa müəssisədə pay nəzərdə tutulur)  bağlıdırsa, o payı istənilən şəxsə bağışlamaya hazırdır”, -   vəkil vurğulayıb. 
Vəkil vurğulayıb ki, Bəydəmirliyinin ev dustaqlığına buraxılması üçün vəsatət qaldırılacaq.  
Bakı şəhəri Nərimanov rayon məhkəməsi 2023-cü il iyulun 5-də Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərar qəbul edib.
Keçmiş deputat Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində  məsuliyyətə cəlb edilib.
Bundan əvvəl Nazim Bəydəmirli bildirib ki, onu Gədəbəy rayonunun Söyüdlü kəndindəki ekoloji etirazlarla bağlı həbs ediblər.
Milli Məclisin iyunun 23-də keçirilən iclasında millət vəkili Elman Nəsirov da Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən etirazların təşkilatçılarından birinin  Nazim Bəydəmirli olduğunu bildirib.  
İyunun 20-si günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə etiraz edərək mane olmağa çalışıb. Nəticədə polislərlə sakinlər arasında qarşıdurma yaşanıb. Kənd sakinləri süni yaradılan gölün regionun ekoloji durumuna təhlükə yaratdığını iddia ediblər. Polislə qarşıdurma zamanı bir qism kənd sakini saxlanılıb. Qarşıdurmanın videosundan polisin aksiyada iştirak edən qadınlara şiddət göstərdiyi görünür.  
Bu hadisədən sonra baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. 
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib. Ekologiya və Təbii Sərvətlər nazirliyindən bildirilib ki, kənddə monitorinqlərin keçirilməsi davam edir. \\Pravda
Tarix: 11 iyul 2023
Baxış: 163

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş