Xəbər lenti
Reklam
İsti havalar zamanı bunlardan uzaq durun

ABŞ-də aparılan elmi araşdırmalar nəticəsində isti havalarda tünd rəngli paltarlardan və yağlı yeməklərdən uzaq durulmasının vacibliyi ortaya çıxıb.
Gender.az qafqazinfo-ya istinadən xəbər verir ki, araşdırmada risk qrupunda olan insanların saat 10-16 arası çölə çıxmaması da daha məqsədəuyğun hesab edilib.
Həmçinin, vətəndaşlarının sintetik və neylon tipli paltarlardan uzaq durmaları da tövsiyə olunub.
Bildirilib ki, ürək, böyrək və diabet kimi xroniki xəstəlikləri olan bütün xəstələr və hamilə qadınlar isti havalar zamanı risk altındadır. Onlara günortadan sonraya qədər günəşdən uzaq qalmaları tövsiyə edilib.
Qeyd edək ki, bir çox ölkələrdə son günlər artan istilər ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edilib.

Tarix: 08 iyul 2023
Baxış: 125

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş