Xəbər lenti
Reklam
"10 dəfə aldadılan adama necə ciddi baxırsız?" - Sarkisyan Paşinyanı lağa qoydu

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Nikol Paşinyanın Qarabağla bağlı danışıqlar prosesi ilə bağlı sələflərinə qarşı səsləndirdiyi ittihamlara münasibət bildirib.
O bildirib ki, reallığın piarla əvəzlənməsi cinayətdir və əgər bunu yüksək rütbəli məmur edirsə, o zaman daha pis olur.
“İkincisi, öz canını xilas etmək üçün başqalarına böhtan atmaq sadəcə əxlaqsızlıqdır. Üçüncüsü, psixoloqlar deyirlər ki, yalançılar sonda elə bir məqama çatırlar ki, onlar öz yalanlarına inanmağa başlayırlar. 44 günlük müharibədə hərbçilərin onu 10 dəfədən çox aldatdığını açıq şəkildə etiraf edən adama necə ciddi baxırsız? 10 dəfə aldadıla bilən adamı təsəvvür edirsiniz? Yəni, belə bir insanın hansı idarəçilik qabiliyyəti olmalıdır?”, – deyə Sarkisyan sual edib. \\KONKRET.az

Tarix: 07 iyul 2023
Baxış: 118

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş