Xəbər lenti
Reklam
Bakı-İrəvan sülhündə maraqlar - Kim nə istəyir?

Türkiyə xəbər agentliyi Anadolu Bakı və İrəvan arasında mümkün sülh fonunda Türkiyə, Rusiya Federasiyası və ABŞ-nin maraqları ilə bağlı məqalə yazıb.
Nəşr qeyd edir ki, Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh təkcə Cənubi Qafqaz üçün deyil, həm də bu regionun hüdudlarından çox-çox kənarda yerləşən ölkələr üçün xüsusi maraq kəsb edir. 
"Bu yaxınlarda Vaşinqtonun vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında fəal müzakirə edilən sülh sazişi layihəsi Moskvanın Cənubi Qafqazda təsirinin azalacağını vəd edir
və Qərb də bunu başa düşür", - məqalədə bildirilir.
Nəşr yazır ki, ABŞ Türkiyənin bölgədə artan təsirini diqqətlə izləyir: "Amerikalılar Ankaranı müstəqil oyunçu kimi yox, Vaşinqtonun rəhbərlik etdiyi vahid alyansın bir hissəsi kimi görməyə üstünlük verirlər. Ankara isə ABŞ-nin başçılıq etdiyi alyansın bir hissəsi olmağa deyil, öz prioritetləri əsasında hərəkət etməyə üstünlük verir ki, bunun da mühüm hissəsi Zəngəzur dəhlizinin açılmasıdır". \\Ölkə.Az

Tarix: 07 iyul 2023
Baxış: 172

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş