Mirzoyan fransalı həmkarı ilə nələri müzakirə etdi...
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Ketrin Kolonna ilə telefon danışığı aparıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XIN) məlumat yayıb.
Telefon danışığı zamanı nazirlər regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə edib.
Mirzoyan fransalı həmkarına Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı son proseslər barədə məlumat verib.
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, eləcə də regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasına da toxunulub. \\Modern.az
Tarix: 06 iyul 2023
Baxış: 176
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş