Hazırda BU RAYONA leysan yağır, sel gözlənilir
Hazırda Quba rayonunda leysan xarakterli yağış yağır.
Bunu Gender.Az-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, iyulun 4-də Quba rayonu ərazisində yağış buludları müşahidə olunur:
“Axşam saatlarında da yağıntının intensiv və güclü olacağı ehtimalı var. Gözlənilən leysan xarakterli yağışlarla bağlı çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında isə qısa müddətli daşqın olacağı və sel keçəcəyi gözlənilir”.
Tarix: 04 iyul 2023
Baxış: 180
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş