Xəbər lenti
Reklam
Mamicanyan: "2019-cu ilin sonuna qədər Paşinyan danışıqlar prosesinin nüanslarını bilmirdi"

“Paşinyan əslində 2019-cu ilin sonuna qədər Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin nüanslarını bilmirdi, indi də bilmir”.
Bu sözləri “Mənim şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan deyib.
Müxalifətçi deputat Nikol Paşinyanın ötən gün verdiyi bəyanatların yalan olduğunu bildirib. Minsk Qrupu ölkələri Türkiyə ilə birlikdə müharibəyə reaksiya verərək, məsələnin müharibə yolu ilə həllinin mümkün olmadığını vurğulayıblar.
Dördgünlük müharibədən sonra Mamicanyanın sözlərinə görə, erməni tərəfi Vyana və Sankt-Peterburqda müsbət nəticə qazanıb, burada təmas xəttində monitorinq missiyasının yerləşdirilməsi ilə bağlı razılıq əldə olunub.
Mamicanyan onu da xatırladıb ki, Nikol Paşinyan və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan bu sazişləri ləğv ediblər, halbuki onların icrası minlərlə insanın həyatını xilas edəcəkdi.
“Aprel döyüşündən sonra Ermənistan və Aİ arasında Qarabağ xalqının öz müqəddəratını təyinetmə prinsipini ifadə edən Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi imzalanıb. Paşinyan isə heç bir zaman Qarabağ xalqının öz müqəddəratını təyin etmə hüququndan bəhs etməyib”, – deyə Mamicanyan əlavə edib. \\KONKRET.az

Tarix: 28 iyun 2023
Baxış: 183

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş