Xəbər lenti
Reklam
ETSN: Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan yüksəkdir

Bu gün Bakı və Abşeron yarımadasında gün ərzində havada toz müşahidə olunur. Atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən havada tozun miqdarı 1,5 dəfə normadan yüksək müəyyən edilib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilir ki, müşahidə olunan toz sinoptik vəziyyətlə əlaqədar küləkli hava şəraitində müşahidə olunan lokal xarakterlidir. İyunun 29-da şimal küləyinin mülayimləşməsi nəticəsində tozun konsentrasiyasının azalması proqnozlaşdırılır.


Tarix: 28 iyun 2023
Baxış: 183

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş