Xəbər lenti
Reklam
“1000 Bərəkət” və “Kral” barəsində araşdırma başladı – Rəsmi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qida sektorunda fəaliyyət göstərən 2 aparıcı şirkət barəsində araşdırmalar aparır.
Gender.Az xəbər verir ki, Dövlət Xidməti “Səhliyalı” Kiçik Müəssisəsi və “Hakan Foods Azerbaijan Trading” MMC tərəfindən ət məhsullarının istehsalı və satışı zamanı əmtəənin keyfiyyəti və başqa xassələri barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrə araşdırma aparır.
Hazırda Dövlət Xidmətinin apardığı araşdırma “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrədir.
“Səhliyalı” Kiçik Müəssisəsi ilə bağlı işə 10.07.2023-cü il tarixində, “Hakan Foods Azerbaijan Trading” MMC ilə bağlı işə isə 20.07.2023-cü il tarixində baxılacaq.
Qeyd edək ki, “Səhliyalı” Kiçik Müəssisəsinin məhsulları bazarda “1000 Bərəkət” və “Hakan Foods Azerbaijan Trading” MMC-nin məhsulları isə “Kral” markası ilə tanınır.
Tarix: 27 iyun 2023
Baxış: 185

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş