Moskvada bütün müəssisələr bağlandı, qeyri-iş günü elan olundu
Bazar ertəsi, iyunun 26-sı paytaxt sakinlərinin əksəriyyəti üçün qeyri-iş günü olacaq.
Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
“Riskləri minimuma endirmək üçün operativ qərargah çərçivəsində dövlət orqanları və fasiləsiz iş müəssisələri, hərbi sənaye kompleksi, şəhər xidmətləri istisna olmaqla, bazar ertəsi gününü qeyri-iş günü elan etmək qərarına gəldim”, - Sobyanin yazıb.
Eyni zamanda, paytaxt rəhbərinin sözlərinə görə, şəhər xidmətləri yüksək hazırlıq rejimində işləyəcək.
Sobyanin həmçinin moskvalılardan mümkün qədər şəhər ətrafında səyahət etməkdən çəkinməyi xahiş edib. \\Ölkə.az
Tarix: 24 iyun 2023
Baxış: 168
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş