Daxili İşlər Nazirliyi Bakı şəhərində karantin postlarını yığışdırandan sonra avtomobil sahiblərinin müşahidə kameraları vasitəsilə cərimələnəcəyini açıqlayıb. Portalda qeydiyyatdan keçən və "SMS icazə" sistemi vasitəsilə icazə alan şəxslərin inteqrasiya olunmuş sistem vasitəsilə müəyyən olunacağı və cərimələnməyəcəyi bildirilib. Lakin Nazirlər Kabinetinin qərarına görə hüquq-mühafizə orqanlarının əməkdaşları və vəkillər xidməti vəsiqə əsasında hərəkət etdikləri üçün onların nə portalda qeydiyyatı var, nə də "SMS icazə" sistemindən istifadə edirlər. Həmçinin, qanunvericilik karantinlə bağlı tətbiq edilən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə video müşahidə kameraları vasitəsilə elektron protokol tərtib etməyə icazə vermir.
Gender.az bildirir ki, bunu "Asan Xidmət"in rəhbəri Ülvi Mehdiyev "Qafqazinfo"ya deyib.
O bildirib ki, bu qaydanın tətbiqi yalnız qanunvericiliyə dəyişiklik edildikdən sonra mümkün olacaq: "Avtomobillərin dövlət nömrə nişanının "SMS icazə" sisteminə daxil edilməsi vasitəsi ilə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar yeni qanun layihəsi hazırlanır. Milli Məclisdə qanunvericiliyə dəyişiklik olarsa, o zaman bu, tətbiq olunacaq. Nazirlər Kabinetinin qərarı ilə xidməti vəsiqə ilə hərəkətinə icazə verilən şəxslərin avtomobillərinə gəlincə, bu məsələnin də qanunvericilikdə texniki həlli əksini tapacaq. Birinci qanun icazə verməlidir ki, kamera vasitəsi cərimə yazıla bilsin. Vəsiqəsi əsasında hərəkət edən insanların kamera vasitəsi ilə cərimələnməməsinin təmin olunması texniki məsələdir, tənzimlənəcək”.
Ü. Mehdiyev qeyd edib ki, iyulun 5-dən vətəndaşlara SMS yazarkən avtomobillərinin dövlət nömrə nişanını da yazsınlar: “Amma cərimə hələ tətbiq olunmayacaq. Bunun üçün qanunvericiliyə dəyişiklik olunmalı və qanun təsdiqlənməlidir".







Regionlarda qar başladı: Bakıya da yağacaq?
Ukraynanın ən varlı iş adamı rekord qiymətə mənzil aldı
“Son zəng” bu tarixdə keçiriləcək
Hesablama Palatası bu idarədə səhvlər aşkarladı
Yeni Klinikanın direktoru işdən azad edilib? - RƏSMİ
Nurlana Orucova vəzifəyə təyin edildi
Gəlirləri artacaq 4 bürc
Bakı metrosunda bədbəxt hadisə - Ölən var
Xalq artistinin qardaşı qızı ölü tapıldı - VİDEO
Karapetynın ev dustaqlığı uzadıldı



