Ermənilər Rusiyadan qaçır - Biletlər kəskin bahalaşıb
“Rusiyadan Ermənistana aviabiletlərin qiymətləri kəskin artıb”
Buna səbəb Rusiya şəhərlərində yaşayan ermənilərin Ermənistana getmək istəyi səbəb olub. Biletlərə olan tələbat isə qiymətlərin bahalaşmasına səbəb olub.
Məlumatda bildirilir ki, Moskvadan İrəvana birbaşa uçuşun qiymətləri 1700 dollara qalxıb. Bəzi aviaşirkətlərin iyunun 24-nə biletləri tamamilə satılıb.
İyunun 25-i üçün biletin qiyməti Fly Arna tərəfindən 76 000 dram (200 dollar), Utair isə 34 000 rubl (təxminən 400 dollar) qiymətinə satılır.
İyunun 25-nə olan məlumata görə, “Şirak Avia” üçün aviabiletin qiyməti 99 000 dramı (256 dollar), Azimut aviaşirkətləri üçün isə 151 000 rubl (təxminən 1700 dollar) ötür. \\KONKRET.az
Tarix: 24 iyun 2023
Baxış: 182
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş