Xəbər lenti
Reklam
Bütün növ pensiya və müavinətlər vaxtından əvvəl ÖDƏNİLDİ

Dövlət Sosial Müdafiə Fondu tərəfindən Qurban bayramı ilə əlaqədar qrafikdən əvvəl iyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.
Bu barədə Gender.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd edilib ki, bundan əvvəl, iyunun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, iyunun 14-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyun ayının pensiya ödənişləri həyata keçirilib.
Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Tarix: 22 iyun 2023
Baxış: 168

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş