Xəbər lenti
Reklam
Zəngəzur uğrunda savaş qızışır: Üç böyük güc qarşı-qarşıya

Son təxribatların mahiyyətinə baxdıqda bir daha aydın olur ki, bir çox qüvvələr, o cümlədən Ermənistan tərəfinin özü də sülh istəmir. Kənar oyunçular bölgədə qalıcı münaqişə fonunda mümkün təsir imkanlarını saxlamaq istəyirlər. Ona görə də, bu imkanı əldən buraxmaq niyyətləri yoxdur. Eyni zamanda açıq rəqabət gedir. Tərəflər bölgədə davamlı olaraq öz siyasi təsirini təmin etməyə can atır.
Gender.az xəbər verir ki, bunu Teleqraf.com-a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
O qeyd edib ki, bütün bunlar köhnə qaydalara əsaslanır:
“Burada təzə bir yanaşma yoxdur. Fakt odur ki, bölgədə kimin daha güclü qalması uğrunda savaş gedir. Ona görə də, tərəflər kimin daha güclü olduğunu özünün “vasitəçiliyi” ilə təmin etməyə çalışır. Məqsəd bölgədə siyasi imkanları saxlamaq və daha da genişləndirmək üçündür. Biz burada ənənəvi tərəf kimi Moskvanı görürük. Fransa Avropa İttifaqının qurumlarını istifadə edərək bu məsələdə yer alır. ABŞ isə bölgədən Rusiyanı çıxarmaq fonunda vasitəçiliyi təmin etmək niyyətindədir”.

Tarix: 17 iyun 2023
Baxış: 161

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş