Xəbər lenti
Reklam
Su sataraq atasına başdaşı düzəltmək istəyən uşağın anası danışdı - VİDEO

Sosial şəbəkələrdə atasına başdaşı düzəltdirmək üçün su satdığını dediyi videosu ilə məşhurlaşan Elvin Yusibov BAKU.TV-yə danışıb.
Qardaşı Eminlə birlikdə nənəsinin himayəsində yaşayan Elvin anasını görmək istəmədiyini bildirib:
“Məhkəmə dedi ki, ya Elvini, ya da Emini götür. Heç birimizi istəmədi. Bizi atıb getdi. Ona nifrət edirəm”.
Azyaşlıların anası isə açıqlamasında deyib ki, maddi imkanı qənaətbəxş olmadığı üçün aliment verə bilmir:
“Kimsəsiz insanam. Qonşuların köməyi ilə dolanıram. Elə gün olur ki, ac yatıram. Onlarla görüşmək istəyirəm. Amma məni küçədə görəndə daşa basırlar”.
Ətraflı BAKU.TV-nin videosunu təqdim edirik:


Tarix: 08 iyun 2023
Baxış: 141

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş