Redaktor seçimi
    Axşam bütün Ermənistan AzTv-yə baxacaq – Etiraf kadrları
Xəbər lenti
Reklam
Hraparak: “Əliyevin tələb etdiyi dəhliz də elə məhz budur, sadəcə olaraq bu dəhliz yol adlanacaq”

“Son günlər hakimiyyət dairələrində belə deyilir ki, Paşinyan Rusiyanın Azərbaycandan çox tələb etdiyi dəhlizdən imtina edə bilməz. Amma ola bilsin ki, Paşinyan yolu qısa müddətə – cəmi 3 və ya 5 ilə təmin etsin”.
Gender.Az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır: “Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin Moskva görüşündən əvvəl Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan və Ermənistan arasında sərhəd keçid modeli ilə bağlı texniki detalların müzakirə ediləcəyini bildirib. Overçukun sözlərinə görə, Ermənistan Naxçıvan, Sünik, Azərbaycan vasitəsilə Rusiya, Aİ, İrana çıxmaq imkanı əldə edəcək. Bu isə o deməkdir ki, sərhəddə pasport, gömrük və beynəlxalq sərhədlərdə mövcud olan bütün nəzarət prosedurları olacaq. Əliyevin tələb etdiyi dəhliz də elə məhz budur, sadəcə olaraq bu dəhliz yol adlanacaq”.

Mənbə: KONKRET.az

Tarix: 01 iyun 2023
Baxış: 128

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş