Xəbər lenti
Reklam
“Mən parçalanmış Rusiyanın xəritəsini gördüm” – Vahram Abajyan

“Amerika Rusiyanın qarşısını almağa çalışır. Orada demokratik qüvvələri hakimiyyətə gətirməyə çalışırlar. Onların Rusiya Federasiyasının ərazisini parçalamaq planı da var”.
Gender.Az xəbər verir ki, bu barədə Ermənistanın Böyük Britaniyadakı keçmiş səfiri, politoloq Vahram Abajyan “Alpha News”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ Konqresində hətta bu mövzuda mühazirələr və müzakirələr aparan komitə də var.
“Onlar açıq şəkildə parçalanmış Rusiyanın xəritəsini göstərirlər”, – Abajian vurğulayıb.
Diplomatın fikrincə, bu, ABŞ-ın əsl siyasətidir.
Səfir qeyd edib ki, erməni politoloq və analitiklərinin Qərbə kurs almaq üçün necə çağırışlar etdiyini eşidəndə çaşqınlıq hissi keçirir.
“Axı onların siyasəti Ermənistanın maraqlarına tamamilə ziddir”, – deyə keçmiş səfir izah edib. \\KONKRET.az

Tarix: 31 may 2023
Baxış: 141

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş