Vilayət Eyvazov məşhur idmançını təqaüdə göndərdi
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Gender.Az xəbər verir ki , bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftahətdinova xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Qeyd edək ki, Zemfira Meftahətdinova 1963-cü il mayın 28-də Bakı şəhərində anadan olub. 1979-1984-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2000-2005-ci illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb. Zemfira Meftahətdinova Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısıdır.
Tarix: 30 may 2023
Baxış: 163
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş