Xəbər lenti
Reklam
Azərbaycanda bu ərzaq kəskin UCUZLAŞDI

Cəlilabad rayonunda kartofun qiyməti kəskin şəkildə ucuzlaşıb.
Gender.Az bildirir ki, bu barədə bir qrup fermer məlumat verib.
Onların sözlərinə görə, əvvəllər qiymətlər daxili və xarici bazarlara uyğun tənzimlənsə də, son günlər məhsulun qiyməti xeyli aşağı düşüb.
Qeyd olunub ki, bir neçə həftə əvvəl 0,6-1 manata satılan kartofun indiki qiyməti 0,2-0,25 manat civarındadır.
Sahibkarlar kartofun bu qiymətə satışının məhsulun yetişdirilənədək sərf olunan xərcləri ödəmədiyini söyləyiblər.
Amma onlar kartofun xarab olmaması üçün satmağa məcbur olduqlarını bildiriblər.
Qeyd edək ki, Cəlilabadda yetişdirilən kartof məhsulu daha çox Rusiya bazarlarına ixrac olunur.





Report.Az
Tarix: 29 may 2023
Baxış: 148

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş