Redaktor seçimi
    Deputat olmaq istəyən yeni simalar - SİYAHI
Xəbər lenti
Reklam
Donuz əti niyə HARAMDIR? - İlahiyyatçıdan ŞOK AÇIQLAMA

İslam dini bir çox heyvanların ətlərini yeməyi sərbəst buraxarkən, bəzilərini yeməyi qadağan edib. Yəqin ki, bütün müsəlmanlar donuzun yeyilməsinin haram buyurulduğunu bilir. Çoxları isə haramlar sırasına pulcuqsuz balıqlar və dovşan ətinin də aid edildiyini israr edir.
Bəs donuz ətini yemək niyə haram buyurulub?
Məsələ ilə bağlı Referans.Az-ın sorğusunu cavablandıran ilahiyyatçı Elşad Miri Quranda və digər dini kitablarda bununla bağlı göstərişlərin olduğunu bildirib:
“Ümumiyyətlə biz hər şeyə daha geniş aspektdən haram olaraq yox, haram olmayaraq baxmalıyıq. Quranın Bəqərə surəsində bu barədə ayə mövcuddur. Orada bildirilir ki, ey insanlar yerdə olan halal, təmiz ruzilərdən yeyin. Eyni zamanda Bəqərə surəsinin 170-ci ayəsində yenidən bu mövzuya toxunulub, orada da halal məsələlərdən Allahın yaratdığı təmiz şeylərdən yeyilməsi bildirilir. Bundan başqa İncildə və Tövratda da bu məsələyə toxunulur. Məsələn, Tövratda quruda yaşayan heyvanlardan belələrinin ətini yemək olar. Həmin cümlə davam edir və orada deyilir ki, donuz, çünki o, qoşadırnaqlı olsa da, göyşəmir, buna görə də sizin üçün haramdır. Xristianların dini kitabı İncildə də bu məsələyə toxunulub. Ümumiyyətlə bunu da deyim ki, xristianlıqda halal-haram anlayışı yoxdur, sadəcə günah anlayışı var”.
Elşad Mirinin sözlərinə görə, Quran özündən əvvəl gələn kitablara təsdiqədici olaraq göndərilib. Amma bu gün əlimizdə olan Tövrat və ya İncilin İsa peyğəmbərə göndərilən İncil yaxud Tövratla eyni olmadığını bildirib: “Düzdür, Quran özündən əvvəl gələn kitablara təsdiqedici olaraq göndərilib, bununla bağlı Quranda ayə də mövcuddur. Lakin bu gün əlimizdə olan İncil və ya Tövrat həqiqətən də, İsa peyğəmbərə göndərilən həmin İncil nə də Tövratla eyni deyil. Bunu özləri də təsdiq edir, bu inkar edilməzdir. Yəni Quran özündən əvvəl peyğəmbərlərə göndərilən kitabları təsdiq edir. Burada mübahisəli bir şey yoxdur. Lakin bir anlayış var, bu gün xristian olan insan Tövrata tabe olmalıdır, çünki bu kitablar bir-birindən ayırılmır. İncildə deyilir ki, donuz əti haram edilməsinə baxmayaraq müqəddəs kitab dediyimiz Tövratın özündə donuzun haram olduğu açıq-akar bildirilir. Bu xristianlara da aiddir. Qurani-Kərimdə isə konkret olaraq Maidə surəsində nəyin haram olduğu ilə bağlı yazılıb. Həmin ayədə belə deyilir leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, yırtıcı heyvan tərəfindən parçalanmış heyvanları yemək sizə haram edildi deyə konkret olaraq Maidə surəsinin 3-cü ayəsində yazılıb”. 
İlahiyyatçı bildirib ki, əgər bir insan həqiqətən, bilmədən və ya unudaraq haram buyurulmuş bir şeyi yeyərsə və daha sonra haram olduğunu öyrənərsə, burada elə bir problem yoxdur. Çünki Allah rəhmli və bağışlayandır - deyə o, qeyd edib. 

Aqil Taleh

Tarix: 25 may 2023
Baxış: 135

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş