Redaktor seçimi
    Deputat olmaq istəyən yeni simalar - SİYAHI
Xəbər lenti
Reklam
Bakcell Zəngilanın Ağalı kəndində mağaza açdı - VİDEO + FOTOLAR

19 may 2023-cü il tarixində Zəngilan rayonunun Ağalı kəndində yeni "Bakcell" mağazası fəaliyyətə başladı.
"Gender.Az" xəbər verir ki, yeni "Bakcell" mağazasında Ağalı sakinlərinə şirkətin məhsul və xidmətlərinin geniş çeşidi, həmçinin mobil nömrələr və aksesuarlar təklif edilir.
Mağazanın açılışında "Bakcell" şirkəti və yerli qurumların nümayəndələri ilə yanaşı Ağalı kəndinin sakinləri də iştirak edib.
Açılış mərasimi xüsusi olaraq uşaqlar üçün hazırlanmış əyləncə proqramı ilə yadda qalıb. Ağıllı kəndin gənc sakinləri üçün xoş sürpriz kimi tədbirdə müxtəlif oyunlar və şən yarışlar keçirilib, uşaqlara maraqlı hədiyyələr təqdim edilib.
“NEQSOL Holding”in tərkibinə daxil olan "Bakcell" şirkəti hazırda “Bakcell" ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir.









Tarix: 24 may 2023
Baxış: 9215

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş