Xəbər lenti
Reklam
"TÜSTÜ"


Bakı avtovağzalında taksidən düşən kimi başımın üstünü azı 10 nəfər aldı. 
- Gəncə. 
- Qardaş Gəncədi?
- Gəncəyə bir nəfər
- Gəncə qabaq yer, çıxıram.
Bu səs küyün içində sakit bir səs də eşitdim.
- Goran, Goranboy, Naftalan.
Səs gələn tərəfə baxdım. Saçları bəyazlamış orta yaşlı dayı ağ Mersedesə söykənib müştəri çağırırdı.
- Goranboy, Naftalan.
Səs-küydən ayrılıb dayıya yaxınlaşdım.
- Naftalana neçəyə aparırsınız?
- Təksən?
- Bəli.
- 20 manat.
- Çıxırsız?
- 2 xanım əyləşib arxada. Qabaqda otur 1 nəfər də gəlsin gedək.
-Nə vaxt gələr?
- Gələr indi yəqin.
- O yerin də pulunu versəm, gedə bilirik?
- 2 yer alırsan?
- Bəli.
- Niyə olmur ki? 40 manat verirsən gedirik.
Pul qabından 50 manat çıxarıb dayıya uzatdım. O da pulu almamış cibindən 10 manat çıxarıb mənə uzatdı.
- Qoy qalsın. Yolda tanıdığın yaxşı kafelərin birində saxlayarsan çay içərik.
- Gözüm üstə. Otur gedək.

Ön oturacaqda oturub içində fotoaparat olan sumkanı da qucağıma aldım. Bakının səs-küyündən, yolların tıxacından bir təhər canımızı qutarıb düzəldik yola. Verilən standart suallara qısa cavablarımı verib mürgüləməyə çalışdım. Dayı "Səndən yol yoldaşı olmaz" deyib radioya səs verdi. Hərdən arxadakı xanımların da səsi gəlirdi. Qıvırcıq sarı saçları və iri dodaqları ilə diqqət çəkən gənc qız Bakıda yaşayan qızıgile qonaq gəlmiş xalaya telefonda gəzdiyi rayonlarda çəkdirdiyi şəkillərindən göstərirdi. Maraqsız olsa da qızın bu hərəkəti mənim yatmağıma mane olurdu. Yolüstü çayımızı da içib səfərimizə davam elədik. Bir də gözümü açdım ki, Gorandayiq. Dayı astaca qoluma toxunub məni oyatdı.
- Tələsmirsən?
- Nə olub, niyə soruşursan?
- Arxadakı bacını evlərinə düşürdüm gedək. 
- Olar.
- Bacım sizin küçəyə haradan dönürük?
- Marketin yanından. Məscidin yanındakı ev. 
- Hə yadıma düşdü.
Xalanı evlərinə düşürdük.
- Qardaş oğlu hansı sanatoriyaya gedirsən?
- Sizin tanışınız hansında işləyir. Müştəri olanda hara aparırsınız?
- Mən heç birinə. Sən hara desən ora da sürəcəm. Elə bu xanım da sanatoriyaya gedir.
Çevrilib arxada oturan gənc qizdan hara getdiyini soruwdu.
- Sən ...
- "Karvan yolu" otelə. Çox yaxşı yerdi. 2-3 dəfə olmuşam. Həm xidmətləri həm də qiymətləri yaxşıdır. Müəllim, istəyirsiz resepşnla danışım sizə də yer ayırsınlar?
- Zəhmət çəkməyin. Gedib gözümlə görüm, sonrasına baxarıq.
Dayı çantadan çıxardığım fotoaparatı görən kimi maşının sürətini azaltdı.
- Şəkil çəkmək istəyirsənsə saxlıyım?
- Yox. Belə yaxşıdı, çəkəcəm.
- Naftalanda şəkil çəkdirmək üçün o qədər gözəl yerlər var. Gecə başqa aləm olur.
Naftalanın  girişində 1-2 şəkil çəkib aparatı çantaya qoydum. Nəhayət hava qaralana yaxın gəlib qızın dediyi otelə çatdıq. Düşdük. Dayı yük yerindən xanımın çantalarını düşürüb mənə əl uzatdı.
- Xoş gəldiniz, bizim şəhərə. İstəsən nömrəmi götür lazım olsam çağır gəlim.
- Götürmüşəm. Orta güzgüdə yazmışdınız.
Dayı ilə əl sıxıb sağollaşdım. İçəri keçdim. Mənimlə gələn qıvırcıq qız rezerv etdiyi otağın nömrəsini götürüb liftə tərəf getdi. Resepşna yaxınlaşıb vəsiqəmi təqdim elədim. O xanımla üzbəüz otağın açarını götürüb cəld yanına gəldim. Liftə daxil olduq.
- Siz də burada?
- Bəli.
- Neçənci mərtəbə?
- 3-cü mərtəbə. Otaq 38.
- Qonşuyuq ki... Mən 37. 
Mərtəbəmizə çatıb liftdən çıxdıq. Kömək üçün çamadanını götürdüm. İkinci çantaya əl atanda özü cəld çantasını götürdü.
- Burda alt paltarlarımdı.
- Şəxsi əşyalarım da deyə bilərdiniz.
Qız gülümsəyib göz vurdu. Otağa daxil olub çamadanı küncə qoydum. 
- Sizə xoş istirahətlər.
- Təşəkkür edirəm. İstəsəniz gəlib qonağım ola bilərsiz.
Başımla razılıq edib otaqdan çıxdım. Qızın hər hərəkəti, özünü bu qədər rahat aparması məni daha da ürəkləndirirdi. Ən qısa vaxtda bu qızla münasibət qurmalı idim. 
Otağın pəncərəsini açıb həyətə baxdım. Əsas qapı və binanın sağ tərəfindəki fontan pəncərədən görünürdü. Otağın işığını söndürüb televizorun səsini tam aldım. Bayırdan gələn maşınların  və musiqinin səsi bu səssizliyə mane olurdu. Pəncərəni bağlayıb  çarpayıya uzandım. Ayaqqabımın bağını açsam da hələ ayağımda idi. Beynimdə dolanan fikirləri yerbəyer etmək üçün  siqaretə ehtiyac duydum. Pəncərəyə yaxınlaşıb bir siqaret yandırdım. Həyətə daxil olan qara "Mazda" gəlib fontanın yanında dayandı. Bir gözüm maşında cəld qapıya qaçıb, qlazokdan baxdım. Qıvırcıq otağın qapısını astaca bağlayıb liftə qaçdı.
Sürətlə otaqdan çıxıb arxası ilə qaçdım. O liftlə mən isə pilləkənlə düşüb həyətə çıxdıq. Qız əlindəki bağlamanı maşının açıq şüşəsindən içəri atdı. "Mazda" sürətlə hərəkətə gəlib uzaqlaşdı. Giriş qapısında üz-üzə gəldik.
- Deyəsən alt paltarlarınızı üzərinizdə gəzdirirsiz.
Qız əlindəki çantaya baxıb gülümsədi. - Hava almağa çıxmışdım.
- Çay içə bilərik? Suyun səsi sənə daha xoş gələr.
- Doğrudur. Tək idim deyə oturmadım. Gedək.
Fontanın düz yanındakı masada oturub çay sifariş verdim.
- Mən sizin adınızı da bilmədim.
- Adım Dilbərdi. Amma, dostlar Dila deyirlər. Yani sən də bele deyə bilərsən. Sənin adın?
- Turxan.
- Nə maraqlı. Adın da işin də maraqlıdır. Çəkdiyin fotolar da yəqin ki, cazibəli qızlar olar? Çox çəkici oğlansan. Səni tanımaq mənə zövq verir. Neçə gün burda qalacaqsan? 
- Əslində mən bura müalicə üçün deyil, bəzi pis vərdişlərimdən uzaq olmaq üçün gəlmişəm. Amma, belə havada, bu məkanda, senin kimi cazibənin yanında 2 tüstü alsam tam olmazmı?
Bu söz Dilbərə sanki ruh verdi. Gözləri güldü. Dodaqları əsməyə başladı. Əlini çantaya atıb ayağa qalxdı. Gözünü gözümdən çəkmədən dilləndi:
- Qalxaq. Üşüməyə başladım.
Sözünü bitirən kimi masadan ayrıldı. Otelə girib liftlə 3-cü mərtəbəyə qalxdıq. Bayaq cəld çıxdığım üçün qapını bağlamadan getmişdim. Aralı qalmiw qapıdan içərinin qaranlığı görünürdü. 
- İstəsən gəl, söhbət edək. Heç işığını da yandırmamısan. Yəqin tək qalmaq istəməzsən. 
Bu təklif lap yerinə düşdü. Əlimi Dilberin belinə toxundurub razılıq bildirdim. 
- Yaxşı paltarımı dəyişim gəlirəm.
Dilbər bir öpüş göndərib otağa keçdi. Mən də öz otağıma keçib əyin başımı dəyişdim. İki enerji içkisi götürüb qızın yanına qayıtdım. Otaqda yalnız tavandaki rəngli işıqlar yanırdi. Dila əynində açıq mavi rəngdə çox qısa gecə köynəyi divanda oturub, ayağını ayağının üstə atmışdı. Masanın üstə badam ləpəsi, 2 boş bakal və qatlanmış qırmızı alt paltarı vardı. Əlimdəki içkiləri masanın üstə qoyub kresloda oturdum. Dilanin alt paltarları olan çanta divanın üstündə idi. 
- Həmişə qırmızıdan istifadə edirsən?
- Müştəriyə uyğun.
- Maraqlıdı. Bunu necə müəyyən edirsen?
- Gənclərin hamısı bir mənalı şəkildə qırmızı sevir. Hətta üstündə fərqli formalarla. Sakit oğlanlar ağ, idmançılar qara, 40 yaşdan yuxarı olan kişilər açıq rəngliləri. Təkcə piyan ve huşsuz kişilər üçün bunun fərqi yoxdu. Bax belə.
- Çox təcrübəli işçisən.
Masanın üstə qırmızı paltarın arasındakı kagiza bükülmüş uyuşdurucunu götürüb bakalin içinə atdım. 
- İndi o cantadaki paltarların hamısında belə sürprizlər var?
- Çoxunda var.
- Olar baxım?
- Mən özüm. 
Partnyorum çantasında olan paltarları bir- bir çıxardıb mənə təqdim edirdi. Doğrudan da çantada fərqli rəngli paltarlar və içlərində narkotik maddələr vardı.
- Çoxdan bununla məşğulsan?
- Dedektiv kimi suallar vermə. Bundan vacib şeylər var. 
Dila divandan durub yanıma gəldi. Boynumdan qucaqlayıb qulağıma pıçıldadı.
- Sənin üçün edə biləcəyim 2 şey var ki, onları da bu gece edecəm. Mən və tüstü.
- Səni görəndən bu cazibənin bir xətası olduğunu təxmin etmişdim.
- Sən məni tanıdıqca çox şaşıracaqsan.
Dilani qucaqlayıb yanımda oturtdum.
- Əslində mən səni çoxdan tanıyıram. Demək olar ki, səninlə maraqlanırdım. Özünlə, işinlə. Hətta, bura gəlmək üçün bizi gətirən taksini də sənin ünvanına mən göndərmişdim. Hələ bu azmış kimi bayaq biz fantanın yanında çay içəndə sənin otağına kamera da quraşdırıblar. Ora bax. Televizorun küncündəki kamera səhərdən bizi çəkir. Çox pis tutulduq, Dila xanım. 
Ayağa durub otağın işığını yandırdım. Dilbər əlləri üzündə donub qalmışdı.
- Heç nəyə toxunma. Paltarını geyin, qapıda polislər bizi gözləyir. Bakıdan gəldiyimiz taksi aşağıda dayanıb. Gedirik Bakıya. Gedək görək başımıza nə iş gəlir.
- Sən kimsən? 
- İndi bunun bir əhəmiyyəti qalmadı. Cəld ol vaxtımız azdır. 
***
DTX-nin Narkomaniya ilə mübarizə dəstəsinin üzvü Turxan iki həftədən çox idi ki, izinə düşdüyü Dilbəri istintaq orqanlarına təhvil verərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir dəstəni ifşa etməyə nail oldu. O,  rəhbərlik tərəfindən mükafatlandırılaraq 10 gün müddətinə "Yeni Naftalan" istirahət mərkəzinə tətilə göndərildi.
Tarix: 17 may 2023
Baxış: 9525

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş