Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Məzuniyyətə çıxanların NƏZƏRİNƏ - Əmək haqqı necə hesablanmalıdır?

İşçilərlə işəgötürənlər arasında mübahisə doğuran məsələlərdən biri məzuniyyət haqqının hesablanmasıdır. Bəzən hesablanan məbləğlə işçinin iş vaxtı aldığı məbləğ arasında fərq yaranır.
Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Referans.Az-a açıqlamasında bildirib ki, əmək məzuniyyəti ödənişlidir.
"İşçi əmək məzuniyyətinə çıxarkən əmək məcəlləsinin 138-ci maddəsinə əsasən işçiyə əgər o işəgötürənin təşəbbüsü ilə əmək məzuniyyətinə göndərilirsə, ən azı 5 gün öncədən məlumat verilməli, ödənişləri edilməlidir. Və məzuniyyət günü üçün də orta aylıq əmək haqqının hesablanması qaydası var. Nazirlər kabineti tərəfindən təsdiq olunub. Ona əsasən də hesablanılır. Əgər məzuniyyətdə bayram günləri olarsa, həmin günləri məzuniyyət günlərinə əlavə olunur və məzuniyyətin müddəti artırılır".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən sorğuya verilən cavaba əsasən  Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 
"12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir.
Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir".
Maraqlıdır ki, işçi 12 aydan az işlədikdə, məzuniyyət haqqı necə hesablanmalıdır? 
"Əmək Məcəlləsinin 140-cı maddəsinin ikinci hissəsində qeyd edilir ki, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
Əmək qabiliyyətinin itirilməsi zamanı müavinətin hesablanması ilə bağlı Əsasnamədə qeyd edilir ki, işçinin hansı müddətdə işləməsindən asılı olmayaraq dövr olaraq 12 ay götürülür. Məzuniyyətlə bağlı əmək qanunvericiliyinin tələbi isə fərqlidir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir".
Xatırladaq ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə AR İnzibati Xətalar Məcəlləsinin 192.5 maddəsinə əsasən
- vəzifəli şəxslər 700 manatdan 1 500 manatadək məbləğdə cərimə edilir.

Firuzə Məlikzadə

Tarix: 16 may 2023
Baxış: 222

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş