Redaktor seçimi
    Yeni Klinikanın direktoru orqanlarını bağışladı
Xəbər lenti
Reklam
Ağ Ev Zəngəzur dəhlizi barədə yeni təfərrüatları AÇIQLADI


Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib ki, Tramp, Əliyev və Paşinyan bu gün Cənubi Qafqazda ən vacib tranzit marşrutunun işlənib hazırlanması ilə bağlı sülh müqaviləsi üzərində işləri yekunlaşdıracaqlar.

Gender.Az KONKRET.az-a istinadla xəbər verir ki, layihə Ermənistan qanunvericiliyi çərçivəsində həyata keçiriləcək. İşçi qruplar yaxın aylarda yol xəritəsinin müddəalarının tam icrası üzərində dərhal işləməyə başlayacaqlar.

Gözlənilir ki, gələn həftə tranzit marşrutunun idarə olunması üçün ABŞ-ın hansı strukturlarının məsuliyyət daşıyacağına dair rəsmi danışıqlar başlanacaq.

“Prezident Tramp bu gün danışıqlar qrupu yaradılması ilə bağlı fərman imzalayacaq”, — deyə Kelli məlumat verib.



Tarix: 08 avqust 2025
Baxış: 18

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş