Xəbər lenti
Reklam
“Bakcell” stendinə azarkeş axını oldu - Foto

Bakıda “Bakcell” şirkətinin dəstəyi ilə "Formula 1" Azərbaycan Qran Prisi başlayıb.
Gender.Az xəbər verir ki, “Formula 1” və “Formula 2” üzrə sərbəst yürüşlərin və sıralama turlarının keçirildiyi ilk yarış günü idman həvəskarları Dənizkənarı Bulvar ərazisində qurulmuş “Bakcell” zonasında maraqlı vaxt keçiriblər.
Azneft dairəsində yerləşən “Bakcell” tribunası və tribunanın ətrafında yerləşən Bakcell əyləncə zonası qonaqların böyük marağına səbəb olub, bu nüfuzlu idman yarışının ən populyar və ziyarət olunan guşəsinə çevrilib.
Azarkeşlər “Bakcell”in ultra-sürətli şəbəkəsini sınaqdan keçirib, eyni zamanda oyun zonasında təşkil olunmuş yarışlarda iştirak edərək şirkətdən hədiyyələr qazanıblar.
Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran Prisi aprel ayının 30-na kimi davam edəcək. Texnologiya ilə əyləncəni bir araya gətirən “Bakcell” stendi bu günlər ərzində yarış həvəskarlarına xidmət göstərəcək.

Tarix: 28 aprel 2023
Baxış: 9231

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş