Bu avtobuslarda gediş haqqı bahalaşdı - Yeni qiymət
Bakı-Sumqayıt avtobuslarında gediş haqqı artıb.
Qeyri-rəsmi çalışan mikroavtobuslar şənbə və bazar günlərində, bayramlarda, həmçinin tıxacın olmadığı saatlarda sərnişinləri 1 manata aparırdılarsa, son həftə ərzində qiyməti 50 qəpik artırıblar.
Belə ki, artıq bir neçə gündür, sərnişinlər 1 manat 50 qəpiyə getməli olurlar.
Sakinlərin sözlərinə görə, günorta tıxac olmasa da, qiymət endirilmir. Hətta axşamlar 3 manat gedişhaqqı tələb edənlər də olur. \\Milli.Az
Tarix: 27 aprel 2023
Baxış: 286
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş