Xəbər lenti
Reklam
Erməni deputat: “Paşinyan hətta öz komanda yoldaşlarından da qorxur”

“Paşinyan hətta öz komanda yoldaşlarından da qorxur”.
Bu barədə “Ermənistan” blokundan olan deputat Armenui Kyureqyan deyib:
“Hakim “Mülki Müqavilə” partiyasının parlament fraksiyası Qarabağ probleminin həlli ilə bağlı Azərbaycan və Ermənistanın baxışları arasındakı ziddiyyətləri kiçik siyasi məsələ hesab edir. Müxalifətin komissiyalarda məsələlərin müzakirəsində iştirak etməsi təkcə aksiyaların həyata keçirilməsindən ibarət olmamalıdır. Müxalifət həm də Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını davamlı şəkildə tələb etməlidir”, – Kyureqyan vurğulayıb.
Ermənistanın müxalifət lideri bildirib ki, Paşinyanın hakimiyyətdən getməsi üçün geniş ictimai təzyiq olmalıdır: “Bu cür cəhdlər iki dəfə uğursuzluqla nəticələnib, lakin biz öz yolumuzdan dönməməliyik. Uğur qazanana qədər cəhd etməliyik. Ola bilsin ki, biz vəziyyəti yanlış qiymətləndirmişik. Amma daha ciddi təkliflər olarsa, onları dinləməyə hazırıq. Hələlik belə təkliflər olmadığına görə biz əlimizdən gələni edirik”, – deyə müxalifət nümayəndəsi fikirlərini tamamlayıb. \\KONKRET.az

Tarix: 26 aprel 2023
Baxış: 189

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş