Xəbər lenti
Reklam
İranda edamların sayı rekord həddə çatdı

İranda məhkəmələrin edam qərarı rekord həddə çatıb. Belə ki, 2022-ci ildə 582 nəfər edam edilib ki, bu da 2021-ci ilə nisbətən 75 faiz çoxdur.
Bu barədə “Human Rights” təşkilatının İranda insan hüquqları ilə əlaqədar hazırladığı hesabatda bildirilib.
Qeyd olunub ki, 2021-ci ildə 333 nəfər edam edilib. Hesabat müxtəlif mənbələrdən əldə edilən məlumatlara əsasən hazırlanıb, ona görə də edam edilənlərin hamısının adlarını dəqiqləşdirmək mümkün olmayıb.
Hesabata görə, edam edilənlərin 16-sı qadın, 3 nəfəri isə yetkinlik yaşına çatmayan şəxs olub.\\Axar.az

Tarix: 19 aprel 2023
Baxış: 173

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş