Xəbər lenti
Reklam
Ermənistandakı sorğu Rusiyanı NARAHAT ETDİ - Ermənilər İranı seçir

Rusiya Ermənistanda sorğu keçirib və nəticələr Kremli narahat edib.
Gender.Az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, bu yaxınlarda Rusiya İrəvandakı səfirliyi vasitəsilə Ermənistanda sorğu keçirib.
Sorğunun nəticələri Rusiya üçün heç də ürəkaçan olmayıb. Ermənistanın Rusiyaya münasibətində biabırçı nəticələr qeydə alınıb.
“Əgər 2018-ci il inqilabına qədər ermənilərin 70 faizindən çoxu strateji tərəfdaşa müsbət münasibət bəsləyirdisə, indi bu rəqəm demək olar ki, iki dəfə azalıb və təxminən 40 faiz təşkil edir”, – məlumatda deyilir.
Bu fakt Kremldə ciddi narahatlığa səbəb olub. Lakin onlar hələlik kəskin tədbirlərə əl atmaq fikrində deyillər. Çünki onlar eyni zamanda ermənilərin Qərbə münasibətini də aydınlaşdırmağa çalışıblar. Və burada ciddi artım olmadığını görəndə rahat nəfəs alıblar.
Sorğulara görə, ermənilərin İrana inam və sevgisi artıb.

Mənbə: KONKRET.az

Tarix: 14 aprel 2023
Baxış: 171

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş