Xəbər lenti
Reklam
Böyük Britaniyanın müdafiə naziri Ukraynaya uzaqmənzilli silahlar göndəriləcəyini istisna etmir

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib ki, əgər Rusiya mülki ərazilərə zərbələr endirməyə davam etsə, o, Ukraynanı uzaqmənzilli silah sistemləri ilə təchiz etmək haqda düşünəcək.
Gender.Az-ın xarici mətbuata istinadla məlumatına görə, Bu haqda  Reuters xəbər verir.
Parlament qarşısında çıxış edən keçmiş baş nazir, Ukraynanın fəal tərəfdarı Boris Conson Uollesdən Kiyevə uzaqmənzilli raket sistemlərinin çatdırılmasının mümkünlüyü  barədə sual verib.
Mən durmadan Ukraynaya yollaya biləcəyimiz silah sistemlərini nəzərdən keçirirəm. Bizim də  daha uzaqmənzilli artilleriya qurğularımız var, əgər ruslar mülki ərazilərə zərbələr endirməyi dayandırmasalar və Cenevrə Konvensiyalarını pozmağa cəhd etsələr, o zaman mən də bundan sonrakı hərəkətlərimiz haqda düşünəcəyəm»,_deyə nazir bildirib.
Xatırlasaq kibu ilin fevral ayından Böyük Britaniya Ukraynaya silah təchizatı, hərbi təlim və humanitar yardım da daxil olmaqla 3,8 milyard funt sterlinq ayırıb.
Oktyabrda Böyük Britaniyanın baş naziri seçilən Rişi Sunak ilk xarici səfərləri çərçivəsində Kiyevə yollanıb.


Tarix: 12 dekabr 2022
Baxış: 291

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş