Xəbər lenti
Reklam
“Ruslar bizə sərfəli variant təklif edir, erməni tərəfi isə həyasızcasına məsuliyyətdən boyun qaçırır” - Abovyan

“Ruslar bizə sərfəli variant təklif edir, erməni tərəfi isə həyasızcasına məsuliyyətdən boyun qaçırır”.

Gender.Az erməni mediasına istinadən xəbər verir ki, bu fikiri “Çiçəklənən Ermənistan” partiyasının keçmiş deputatı Arman Abovyan səsləndirib. O bildirib ki, Ermənistanın indiki siyasi elitası məxməri “qvardiyası” ilə öz kreslosunu qoruyur, amma axmaqcasına “Artsax”dan imtina edir:

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun müsahibəsi Ermənistanda “rusametlər” (rusiyapərəst) və “arevtamolçular” (qərbçilər) arasında növbəti döyüşün səbəbi oldu. Lavrovun kontekstdən çıxarılan sözləri döyüşən düşərgələr arasında qızğın atışmada yenidən “güllə”yə çevrildi. Ancaq Lavrov tezislərinin məntiqinə diqqət yetirsək, burada rusların yalnız bir mesajını görə bilərik. Rusiya tərəfi birbaşa və açıq şəkildə bəyan edir ki, Ermənistan hakimiyyəti “Praqa” sənədini gündəmə gətirməklə “Soçi” müzakirələrini kölgə altına salır və Kremli çıxılmaz vəziyyətdə qoyur. Çünki Avro-Amerika tandeminin ermənilərə və azərbaycanlılara təklif etdiyi bu sənəddə Rusiyanın maraqları tamamilə nəzərə alınmır və “Artsax” məsələsi sadəcə olaraq gündəmdən çıxarılır” – Abovyan vurğulayıb.
Arman Abovyanın sözlərinə görə, ruslar Ermənistan üçün sərfəli variant təklif edirlər, amma erməni tərəfi praktiki olaraq aşağıdakıları söyləyərək məsuliyyətdən boyun qaçırır: “Biz (yəni Ermənistan hakimiyyəti) “Artsax”ın qorunub saxlanmasının əleyhinə deyilik. Lakin bu, bizim üçün xüsusi əhəmiyyət kəsb etmir. “Artsax”da erməniləri qoruya bilərsinizmi?” sualına isə hakimiyyət belə cavab verir: Biz bunun əleyhinə deyilik. Lakin ruslar öz maraqlarını müdafiə edə bilmirlərsə, o zaman biz “Artsax”ın məhv edilməsi prosedurunu nəzərdə tutan Avro-Amerika variantına gedəcəyik. Bu, o qədər təhqiredici fikirdir ki, deməyə söz tapmıram” – sabiq erməni deputat bildirib.
“Ermənistanın indiki siyasi elitası məxməri “qvardiyaları” ilə öz kreslosunu qorumağa çalışır, “Artsax”ı köçürür, məsuliyyəti isə üçüncü tərəfin (rusların) üzərinə atır: “Paşinyanın “məxməri” hakimiyyəti sülh müqaviləsinin imzalanması üçün Rusiya variantını qəbul etsə, o zaman beş dəqiqədən sonra ABŞ-Avropa tandemi Nikolu sərt “cəzalandırmağa” çalışacaq. İkincisi, əgər Paşinyan sülh müqaviləsinin “Vaşinqton variantını” qəbul etmək qərarına gəlsə, o zaman ruslar da bizi günahlandıracaqlar. Əslində elə bir vəziyyət ortaya çıxır ki, Ermənistan hakimiyyətinin hər hansı bir addım atması bizi uduzmuş vəziyyətə salır”, – deyə Abovyan fikirlərini tamamlayıb. \\KONKRET.az

Tarix: 02 dekabr 2022
Baxış: 382

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş