Redaktor seçimi
    Sarkisyan Xocalıda törətdiyi vəhşilikləri yenə etiraf etdi
Xəbər lenti
Reklam
Damarları təmizləmək üçün ELİKSİR

Həkim-fitoterapevt Fizuli Hüseynov damarları təmizləmək üçün eliksir resepti barədə məlumat verib. 
Gender.Az F.Hüseynovun feysbuk səhifəsinə istinadla xəbər verir ki, eliksir yüksək xolesterində, ürək damarlarının tutulmasında, yüksək təzyiqdə, yüksək lipidlərdə, piylənmədə, bədən soyuqluğunda, qan dövranı pozğunluqlarında, yaddaşsızlıqda, skleroz və s. kimi xəstəliklərdə faydalıdır.

Eliksir gözləri işıqlandırır, sağalmaz trofiki yaraların müalicəsində içilə bilir, hətta şəkər xəstələri belə rahatlıqla bu eliksirdən istifadə edə bilər onlarada çox faydalıdır. Eliksir beyin-qan dövranını əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Resept:

Yemişan meyvəsi 400 qram, yemişan çiçəyi 100 qram, yapon saforası 200 qram, öksəotu 200 qram, bal yarım stəkan təbii alma sirkəsi 1 stəkan, spirt 1 stəkan və su 2 litr.

Bütün bitkilər kiçik ölçüdə doğranılır, alma sirkəsi, spirt, bal və su əlavə olunur, yaxşı-yaxşı qarışdırılır, ağzı tənziflə örtülərək adi otaq temperaturu olan bir yerə qoyulur. Şüşə balona töküb saxlamağınız tövsiyə edilir. Qış aylarında təxminən 3-4 aya, yay aylarında isə 2 aya hazır olur (saxlanılan havanın temperaturu nə qədər isti olarsa eliksir o qədər tez hazır olacaq). Həkim gündə 1 dəfə qarışdırmağı məsləhət görür: "Qarışımdan əvvəlcə çaxır iyi gələcək, sonra yavaş-yavaş sirkələşəcək tam sirkə iyi gələndən sonra istifadəyə hazırdır".

İstifadə qaydası:

Gündə 2-3 dəfə yeməkdən 2 saat sonra 1 xörək qaşığı 1 stəkan suya qarışdırıb içilir. İstifadə müddəti 3 aydır, əlavə təsir olarsa məsələn, allergiya, təzyiq düşməsi onda istifadəni dayandırıb məsləhət etmək lazımdır. Təzyiq düşən zaman 1 stəkan suya 1 çay qaşığı bal qarışdıra bilərsiniz. F.Hüseynov qeyd edib ki, eliksirin tərkibində alkoqol qalmır tərkibə qarışdırılımış spirt sirkələşir, burda spirt yalnız xarab olmaqdan qorumaq üçün (stabilizator olaraq) qarışdırılır.

Tarix: 01 dekabr 2022
Baxış: 425

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş