Xəbər lenti
Reklam
Atası ilə eyni gündə dəfn olunan şəhidin övladı dünyaya gəldi - FOTO

Şəhid Vadim Qocayevin övladı dünyaya gəlib.
Gender.Az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı paylaşım edib.
""Bu gün sentyabr ayında şəhid olmuş Vadim Qocayevin soyadının davamçısı - 2 ci övladı dünyaya gəldi. Körpələrin analarıyla ilk tanışlığı zamanı xüsusi sevinclə, "analı , atalı böyüsün" deyərdim. Bu səfər "ATA" kəliməsi boğazımda düyünləndi ... Qəhər məni boğdu.
Doğum zalından çıxan kimi, baş tibb bacısının uşağa baxan tibb bacısına kövrək səslə dediyi "Aysu, göz bəbəyin kimi ... " cümləsi nə qədər yerində, nə qədər yaraşan ifadə oldu, düşündüm...
Ata şəhid, baba şəhid oğlunun nəşini götürərkən dünyasını dəyişmiş...
Şəhidin Xanımar xanımı, həyat yoldaşı övladına həm ana həm ata olmaq əzmində...
Şəhid anası övladının öz balasına ad verməsindən toxdaqlıq tapmaq çabasında...
1 yaşı bu ayın 29-da tamam olacaq balaca qızcığazın isə bu gün dünyaya arxa - dayağı, qardaşı Zeydin doğuldugunu hiss edərək sevindiyindən əminəm. O, atasının arzusuyla bu adı layiqincə daşıyacaq. Allahdan hər iki balanın xoşbəxt firavan yaşamasını arzu edirəm.
Allah şəhidlərimizə rəhmət eləsin !
Övladları xoşbəxt , sağlam böyüsün !
Onlar göz bəbəyimizdir, haqqları ödənməz!" - deyə A.Rüstəmxanlı yazıb.
Xatırladaq ki, düşmən təxribatı nəticəsində şəhid olan xüsusi təyinatlı hərbi qulluqçumuz Vadim Qocayevin atası Alik Qocayev ürəktutmadan dünyasını dəyişib. Şəhid oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan ata oğlunun cənazəsini təhvil almazdan öncə infarkt keçirib. Şəhidlə atasının cənazəsi Qobustan rayonunda, Sündü kəndindəki şəhid məzarlığında birgə dəfn olunub.

Atası ilə eyni gündə dəfn olunan şəhidin övladı dünyaya gəldi - FOTO

Mənbə: Bakupost.az

Tarix: 25 noyabr 2022
Baxış: 176

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş