Redaktor seçimi
    Axşam bütün Ermənistan AzTv-yə baxacaq – Etiraf kadrları
Xəbər lenti
Reklam
İran səfirindən Zəngəzur açıqlaması: Heç bir ölkə...

Ermənistanın baş prokuroru Anna Vardapetyan noyabrın 22-də İran səfiri Abbas Bədəşxan Zühurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Gender.Az
axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Görüş zamanı Vardapetyan iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığı yüksək qiymətləndirib və bildirib ki, səmərəli qarşılıqlı fəaliyyət əsasında bu əməkdaşlıq genişlənəcək.
İran səfiri isə bildirib ki, Ermənistan və İran arasında "3000 illik tarixi və mədəni əlaqələr" (? - red.) bütün istiqamətlərdə münasibətlərin inkişafı üçün yaxşı əsasdır və bunu xüsusilə son illərdə görmək olar.
İranın Qafandakı konsulluğunun açılmasının yüksək qiymətləndirən Zühuri Zəngəzurun Tehran üçün mühüm rol oynadığını xüsusi vurğulayıb.
İranlı səfirin sözlərinə görə, heç bir ölkə Zəngəzura qarşı iddia irəli sürə bilməz.

Tarix: 22 noyabr 2022
Baxış: 150

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş