

“Vardanyan göstərməyə çalışır ki, Azərbaycan tərəfi guya “Artsax”la birbaşa dialoqa başlamaq istəyini açıqlayır. O, bu barədə öz Facebook səhifəsində yazıb. Vardanyanın hamını savadsız, sadəlövh və axmaq kimi qəbul etməsi tamamilə qəbulolunmazdır. Çünki onun yalan danışdığını anlamaq üçün Azərbaycanın bir-iki xəbər saytında axtarış aparmaq kifayətdir. Azərbaycan prezidentinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şubelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlərə diqqət edək. Orada Vardanyanın dediklərinə sübuta yetirəcək heç bir cümlə yoxdur” – erməni analitik vurğulayıb.

Erməni analitik Vardanyanın yalanını və manipulyasiya etdiyini belə sübuta yetirir: “Prezident Əliyevin çıxışında “Artsax” sözü ümumiyyətlə işlədilməyib. Əliyev Vardanyanı kim hesab etdiyini də açıq şəkildə bildirib. Ruben Karlenoviçin hamımıza məlum keçmişini nəzərə alsaq, burada mübahisə yersizdir. Bəli, o, Rusiya vətəndaşlığından imtina etdi. Amma Vardanyan Rusiya və Kremllə sıx bağlı adam olub və bu, belə də davam edəcək. O da aydındır ki, Əliyev ümumiyyətlə Vardanyana deyil, Putinə müraciət edib. Və məqsədinə də çatıb. Rusiya prezidenti Azərbaycan liderinə zəng edib. Aydındır ki, dövlət başçıları Əliyevin dediklərini Avropa İttifaqından olan nümayəndə heyətinin iştirakı ilə müzakirə ediblər. Üstəlik Əliyev bir müddət öncə Putinlə Soçidə keçirdiyi görüşdə də vurğuladı ki, münaqişə bitib və onun üçün “Artsax” və “Artsax” xalqı yoxdur. Yalnız erməni millətindən olan Azərbaycan vətəndaşları var. Vardanyan isə bunu yaxşı bilir. O da bilir ki, Əliyevin müvafiq sərəncamı ilə “Qarabağ iqtisadi zonası” yaradılıb. Tərkibinə Xankəndi də daxildir. Nəhayət, Vardanyan da Rusiyanın sülhməramlıları ilə bağlı Azərbaycanın mövqeyindən xəbərdardır. Bakı onların bölgədə qalma müddətinin uzadılmayacağında israrlıdır” – Akopjanyanın vurğulayıb.
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin: