Xəbər lenti
Reklam
Şoltsdan İrana: "Öz vətəndaşlarınıza atəş açırsınızsa, siz necə hökumətsiniz?"

Almaniya kansleri Olaf Şolts İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın ölkəsi ilə bağlı bəyanatına sərt reaksiya verib.

Bu barədə kansler tviterdə yayımladığı həftəlik videomüraciətində bildirib.

"Tehran administrasiyasına yalnız bir şeyi deyə bilərəm: öz vətəndaşlarınıza atəş açırsınızsa, siz necə hökumətsiniz?", - Şolts deyib.

Kansler İrandakı etirazçılara və bu ölkədən gələn Almaniya vətəndaşlarına dəstək olduğunu bildirib.

O, videomüraciətində qeyd edib: "İnsan hüquqları pozulduğu zaman tədbir görməliyik. Biz iranlıların daha böyük azadlıq və ədalət uğrunda cəsarətli mübarizəsinin şahidi oluruq. Sanksiyalar rejimə təzyiqi artırmağın bir yoludur". \\Demokrat
Tarix: 12 noyabr 2022
Baxış: 289

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş