Xəbər lenti
Reklam
Gəncədə əri tərəfindən bıçaqlanan qadının gözləri amputasiya edilib

Noyabrın 11-də Gəncə şəhərində əri tərəfindən bıçaqla gözü çıxarılan 1982-ci il təvəllüdlü H.Quliyevanın gözləri bu gün müalicə aldığı xəstəxanada amputasiya olunub.
Hər iki gözünü itirən qadın ömürlük görmə qabiliyyətndən məhrum olub, hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.
Xatırladaq ki, Gəncə şəhər sakini, 1965-ci il təvəllüdlü Səttar Cəlilov özündən 17 yaş kiçik həyat yoldaşı H.Quliyevanın qollarını bağlayıb, daha sonra bıçaqla gözünü çıxardıb. Hadisəni törədən S.Cəlilov sonra özünü bıçaqlayaraq intihar edib.
Cütlüyün bir oğul və bir qız övladları var. Hadisə baş verən zaman qız övladları evdə olub və bütün olanlar onun gözü qarşısında baş verib.
Qeyd edək ki, hadisədən sonra həmin uşaqda psixoloji problemlər yaranıb. Hazırda ana nənəsinin nəzarətindədir.\\Report

Tarix: 12 noyabr 2022
Baxış: 280

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş