Xəbər lenti
Reklam
Paşinyanın fraksiya üzvləri ilə keçirdiyi qapalı görüşün DETALLARI - YENİLƏNİB

Paşinyanın hakim “Mülki müqavilə” fraksiyasının deputatları ilə qapalı görüşü başa çatıb.
Bu barədə deputat Ovik Aqazaryan məlumat verib.
O, bildirib ki, görüş üç saatdan çox davam edib.
“Nikol Paşinyan Soçi və Tehranda keçirdiyi görüşlər barədə məlumat verib, deputatların suallarını cavablandırıb. Yekun nəticələrdən danışmaq hələ tezdir. Bu görüşdə sülh müqaviləsi müzakirə olunmayıb”, – deyə Aqazaryan bildirib. \\Konkret

20:27

Nikol Paşinyan hakim partiyanın fraksiya üzvləri ilə qapalı görüş keçirir.
Bu barədə erməni mətbuatı məlumat yayıb.
Bildirilir ki, Ermənistan Milli Assambleyasında baş nazir Nikol Paşinyan “Mülki müqavilə” fraksiyasının üzvlərini bir araya toplayıb. Görüş qapalı keçirilir. \\Konkret

Tarix: 07 noyabr 2022
Baxış: 367

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş