Erməni keşiş SAYAQLADI: "Bayrağımız yenidən Kəlbəcərdə, Araz vadilərində, Şuşa və Hadrutda dalğalanacaq"
İrəvanda keçirilən mitinqdə erməni keşiş sərsəm çıxış edib.
Bunu mayın 5-də Yerevanın Fransa meydanında mitinqdə Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan deyib.
“Təəssüf ki, siyasi maraqlar, ikili standartlar, nisbi əxlaq həqiqət və ədalətdən daha çox çəkiyə malikdir. Yəni bu gün bizim haqqımız yoxdur.
Ona görə də Qarabağın, bütün erməni icmasının haqqı var, çünki ölkəmiz sudan çox qanla dolub. Qarabağ heç vaxt düşmən qüvvələrinin bir hissəsi olmayacaq. İnanıram ki, erməni üçrəngli bayrağı yenidən Kəlbəcər yamaclarında, Araz vadilərində, Şuşa və Hadrut yüksəkliklərində dalğalanacaq. Mən Ermənistan ordusunun şərəf və şöhrətinə inanıram”, – deyə Qalstanyan sərsəmləyib.
Xuraman Etibarlı,
KONKRET.az
Tarix: 05 noyabr 2022
Baxış: 430
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş