Xəbər lenti
Reklam
Fazil Məmmədovun cənazəsi Bakıya gətirildi - YENİLƏNİB + VİDEO

Ötən gecə Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədovun cənazəsi Bakıya gətirilib.
Bu barədə onun ailəsindən məlumat verilib.
 
Bildirilib ki, sabiq nazirin cənazəsi yaşadığı evə aparılıb.
F.Məmmədov noyabrın 5-də Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.
Xatırladaq ki, F.Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.
****
Ötən gecə Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədovun nəşi bu gün ölkəyə gətiriləcək.
Bu barədə ailə yaxınları məlumat verib. 
Bildirilib ki, 58 yaşlı sabiq nazir sabah Yasamal qəbiristanlığında son mənzilə yola salınacaq.
****
Baku TV-nin əməkdaşları mərhum vergilər naziri Fazil Məmmədovun evinin qarşısından canlı yayıma çıxıb. 
Həmin görüntüləri təqdim edirik:


*****
Sabiq vergilər naziri Fazil Məmmədovun ölüm xəbəri təsdiqlənib. 
Bununla bağlı mərhumun yaxınları məlumat verib. 
Bildirilib ki, F.Məmmədovun nəşinin Azərbaycana gətirilməsi istiqamətində tədbirlər görülür. 
İlkin məlumata görə, sabiq nazir ötən gecə Türkiyədə müalicə aldığı xəstəxanada ürək çatışmazlığından vəfat edib.

Tarix: 04 noyabr 2022
Baxış: 480

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş