"Qüdrətli" İran sərhəd dəyişikliklərinə heç vaxt dözməyəcək" - İranlı deputatların "bəyanat"ı
“Qüdrətli” İran sərhəd dəyişikliklərinə heç vaxt dözməyəcək”.
Bu barədə İran İslam Respublikası parlamentinin deputatlarının bəyanatında deyilir. İranlı deputatlar Azərbaycana “xox” gəlməyə çalışıblar.
“Qüdrətli” İran sərhəd dəyişikliklərinə heç vaxt dözməyəcək. İran İslam Respublikasının silahlı qüvvələri, xüsusən də güclü İİKK bütün sərhəd hərəkətlərinə nəzarət edir.
“Onlar region ölkələrində qeyri-sabitlik və gərginliyə səbəb olan amillərə və fikir ayrılıqlarına qarşı durmağa hazırdırlar.
İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının əsas təliminin aydın mesajı qonşu ölkələr üçün sülh, sabit təhlükəsizlik, eləcə də düşmənlərə xəbərdarlıq, ölkə sərhədlərinin təhlükəsizliyini müdafiə etməyə hazır olduqlarını bəyan etmək, regiondankənar ölkələrin və rejimlərin mümkün müdaxiləsinə, təhdid edən sui-qəsdlərə qəti cavab verməkdir”, – bəyanatda deyilir. \\KONKRET.az
Tarix: 03 noyabr 2022
Baxış: 330
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş