Xəbər lenti
Reklam
Xankəndi erməniləri Bakıya ÜZ TUTUB - Simonyandan AÇIQLAMA

“Azərbaycan icması ilə Qarabağ erməniləri arasında əlaqələr mövcuddur”.
Gender.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan keçirdiyi brifinqdə deyib.
“Soçi və Praqada daha çox Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi müzakirə olunub. Soçidə, Praqada və başqa yerlərdə Ermənistan hakimiyyəti davamlı olaraq Qarabağ xalqının taleyini və başqa hər şeyi onların nümayəndələrinin iştirakı ilə müzakirə etməli olduğunu deyib və bundan sonra da deyəcək.
Azərbaycan ritorikasına baxırsınızsa, onlar bu danışıqları öz vətəndaşları ilə söhbət kimi qiymətləndirirlər. Bunu da məhz belə şərh edirlər, vətəndaşları ilə danışıq aparacaqlarını deyirlər.
Amma bu söhbətlər, təmaslar mövcuddur. Mən bu əlaqələrin mövcud olduğunu təsdiq edirəm”, – Simonyan deyib. \\Konkret.az

Tarix: 03 noyabr 2022
Baxış: 393

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş